Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:29

AirAsia təyyarəsinin qara qutularının aşkarlandığı bildirilir


-

İndoneziya tədqiqatçıları deyir ki, iki həftə öncə Yava dənizində qəzaya uğramış AirAsia təyyarəsinin qara qutularından siqnal aşkarlayıblar.

İndoneziya Ordusunun generalı bildirir ki, axtarış gəmisi yanvarın 9-da siqnal qəbul edib. Siqnal təyyarənin quyruq hissəsinin aşkarlandığı yerin yaxınlığından gəlib.

Qara qutuların axtarılması üçün əraziyə dalğıclar göndərilib.

Hələlik tufanlı hava axtarış aparanların təyyarənin quyruq və ya əsas hissəsinə çatmasına mane olur.

AirAsia təyyarəsi dekabrın 28-də Yava dənizində qəzaya uğrayıb. Göyərtəsindəki 162 nəfərin demək olar hamısı indoneziyalı olub.

Hələlik 40 nəfərin meyiti aşkarlanıb.

XS
SM
MD
LG