Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47

Gələn həftə ABŞ-İran nüvə danışıqları keçiriləcək


-

ABŞ və İran rəsmiləri gələn həftə Cenevrədə İranın nüvə proqramına dair ikitərəfli danışıqlar aparacaq. ABŞ Dövlət Departamenti yanvarın 8-də bildirib ki, yanvarın 15-17-də keçiriləcək danışıqlarda ABŞ təmsilçilərinə Dövlət katibinin köməkçisi Wendy Sherman rəhbərlik edəcək. Avropa Birliyinin siyasi məsələlər üzrə direktoru Helga Schmid də ABŞ və İran rəsmilərinə qoşulacaq. O, yanvarın 18-də İranla altı dövlətin danışıqlarına rəhbərlik edəcək.

Öncə İranın nüvə proqramı üzrə daimi saziş üçün iki dəfə son tarix qoyulsa da, bunu əldə etmək mümkün olmayıb. Britaniya, Fransa, Çin, Rusiya, Almaniya, Birləşmiş Ştatlar və İran rəsmiləri bir il öncə aralıq sazişinə razılaşıblar. Həmin razılaşmaya əsasən, beynəlxalq sanksiyaların yumşaldılması əvəzində İran uran zənginləşdirmə fəaliyyətini məhdudlaşdırmalıdır.

İran atom silahı hazırlamadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG