Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:44

«Mərkəz»: «Təmassız soyğunçuluq»


«Ayna» qəzetindəki «ATƏT sərbəst toplaşmaq azadlığı ilə bağlı etalon qaydalar hazırlayır» başlıqlı məqalədə bildirilir ki, həftə sonu «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı sentyabrın sonlarında başlanmış müzakirələrin ikinci raundunun vaxtı bəlli olacaq. Həftə sonu Venesiya Komissiyası nümayəndələrinin də Bakıya gələcəyi gözlənilir. Müəllifin yazdığına görə, yaxın günlərdə Azərbaycanın «Sərbəst toplaşmaq azadlığı haqqında» qanununa dair ATƏT-in rəyi də bəlli olacaq. Rəy açıqlandıqdan sonra ATƏT Venesiya Komissiyası ilə birlikdə Azərbaycan hökumətinə bu qanunu təkmilləşdirmək üçün məsləhətlərini verəcək.


«Bakı-Xəbər» qəzeti isə yazır ki, hakimiyyətlə müxalif düşərgə və beynəlxalq təşkilatlar arasında hələ də ziddiyyət predmeti olaraq qalan əsas məqamlardan biri kütləvi etiraz aksiyaları ilə bağlıdır. Son vaxtlar isə kütləvi aksiyaların keçirilməsində yaşanan mənfi tendensiyalara görə, hakimiyyətin ünvanına yönəlmiş ittihamların sayının artması iqtidar daxilində müəyyən narahatlığa yol açıb. Bu narahatlıq fonunda isə hakimiyyət nümayəndələrinin, yaşanan bütün hadisələrə görə, əsas günahkar kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu göstərməsi də diqqətdən yayınmır. YAP icraçı katibinin müavini Səyavuş Novruzov mitinqlərin keçirildiyi yerlərlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin partiyalara məsləhət verməsinin düzgün addım olmadığını göstərir. Onun sözlərinə görə, şəhər meriyası Məsləhət Şurası deyil və bu səbəbdən, Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi sənədin konkret hüquqi əsası olmalıdır. Yəni meriya kütləvi aksiyaların keçirilməsi üçün yer ayırmırsa, bu qərarının nəyə əsasən qəbul olunduğunu əsaslandırmalıdır.


«Şərq» qəzeti yazır ki, qiy­mət ar­tı­mı­nın bü­tün sa­hə­lər üz­rə da­vam et­mə­si, növ­bə­ti ilin baş­lan­ğı­cın­da isə ya­na­ca­ğın qiy­mə­ti­nin bir da­ha qal­xa­ca­ğı haq­da ya­yı­lan in­for­ma­si­ya­lar əha­li­ni bir su­al ət­ra­fın­da dü­şün­mə­yə va­dar edib: Gö­rə­sən, çö­rək də ba­ha­la­şa­caq­mı? Əs­lin­də, ya­na­ca­ğın, av­to­bus­lar­da ge­diş haq­la­rı­nın, ye­ni­cə yo­la sal­dı­ğı­mız yay möv­sü­mün­də mey­və-tə­rə­və­zin gö­rün­mə­miş ba­ha­lı­ğı əha­li­nin təş­vi­şi­ni xey­li də­rə­cə­də əsas­lı edir. Ha­zır­da çö­rə­yin qiy­mə­ti özəl sek­tor tə­rə­fin­dən mü­əy­yən­ləş­di­ril­di­yin­dən döv­lə­tin bu sa­hə­yə mü­da­xi­lə­si müm­kün de­yil. Gü­nü sa­bah han­sı­sa sa­hib­kar öl­kə­yə gə­tir­di­yi ta­xı­lın yol xərc­lə­ri­ni əsas gə­ti­rib qiy­mə­ti qal­dır­sa, ca­maa­tın gü­cü yal­nız özü­nə ça­ta­caq. İq­ti­sad­çı alim Əli Əlir­za­yev də bu fi­kir­də­dir ki, ya­na­ca­ğın qiy­mə­ti­nin ye­ni­dən qal­xa­ca­ğı təq­dir­də, çö­rə­yin qiy­mə­tin­də ar­tım ola­ca­ğı is­tis­na de­yil. O, bil­dir­ib ki, ha­zır­da bə­zi ra­yon­lar­da bir tay unun qiy­mə­ti ar­tıq qal­xıb. Qiy­mət qalx­ma­sı­nın əsas sə­bə­bi bun­dan iba­rət­dir ki, ötən il­lə­rə nis­bə­tən ta­xıl is­teh­sa­lı aza­lıb, nə­ti­cə eti­ba­ri­lə baş­qa öl­kə­lər­dən id­xal olu­nan ta­xı­lın həc­mi ar­tıb.


«Mərkəz» qəzetindəki «Təmassız soyğunçuluq» başlıqlı məqalədə müəllif yazır ki, metropolitenin təmassız kartlara keçidlə bağlı atdığı addım birmənalı qarşılanmadı. Bütün yeniliklər kimi onu da təqdir və tənqid edənlərlə yanaşı, tərəddüdün caynağında qalanlar da var. Gələn il yanvarın 1-dək bu tərəddüddən yaxa qurtara bilməyənlər onsuz da təmassız kart almaq məcburiyyətində qalacaqlar. Müəllif iddia edir ki, metropoliten rəhbərliyi bu tarixi gözləmədən, təmassız kartlara keçid prosesini sürətləndirmək üçün süni vasitələrə əl atır. Təmassız kartlar üçün nəzərdə tutulan keçid aparatlarının indidən quraşdırılması da həmin süni vasitələrdən biridir. Müəllif yazır ki, bu qurğuların quraşdırılması üçün uzun zamana ehtiyac yoxdur. Məsələn, «Qara Qarayev» stansiyasında bir gecənin içində 3 belə keçid-yoxlama qurğusu quraşdırılıb. İndi həmin stansiyada jetonlar üçün nəzərdə tutulan köhnə keçidlərdən yalnız biri saxlanılıb. Bu vəziyyət metronun bütün stansiyalarında müşahidə edilir.


XS
SM
MD
LG