Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

Həmsədr tərəfləri öhdəlik götürməyə çağırır


James Warlick
James Warlick

“Tərəflərin 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı öhdəlik götürməsi çox vacibdir”.

Bunu APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick son günlər cəbhə xəttində müşahidə olunan gərginliyi şərh edərkən deyib.

O bildirib ki, həmsədrlər münaqişənin həllində irəliləyişə nail olmaq üçün ən yüksək səviyyələrdə tərəflərlə işi davam etdirəcək və qarşılıqlı tədbirlər, gərginliyin azalmasına apara bilər-deyə o vurğulayıb.

Minsk qrupuna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.

XS
SM
MD
LG