Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:40

Lavrov avropalı həmkarları ilə danışıb


 Sergei Lavrov
Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov yanvarın 8-də telefonla Almaniya və Fransalı həmkarları ilə Ukrayna böhranını müzakirə edib.

Məlumata görə, söhbət zamanı sentyabrın 5-də imzalanmış atəşkəs sazişinə əməl olunmasının vacibliyi müzakirə olunub.

Almaniya,Fransa, Ukrayna və Rusiyanın rəsmiləri yanvarın 5-də Berlində münaqişənin həlli yollarını müzakirə ediblər.

Yanvarın 15-də Astanada bu ölkələrin liderləri arasında görüş nəzərdə tutulur.

Ukrayna ilə NATO Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdəittiham edirlər.

Moskva ittihamı rədd edir.

XS
SM
MD
LG