Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:42

Yoldançıxarma sənəti


-

“Qanun” nəşriyyatı yeni ildə oxucularına 4 yeni kitab təqdim edib:

1. “Yoldançıxarma sənəti”

Yoldan çıxarmaq – hakim olmaq, hakimiyyət deməkdir.

Qadınlara kişiləri məftun etmək xoş gəlir, kişilərə qadınları; yazıçılar oxucuları valeh edir, aktyorlar tamaşaçıları, satıcılar alıcıları; siyasətçilər elektoratı, yəni bizləri yoldan çıxarırlar. Bu sənətə çox azları kamil yiyələnə bilir. Həmin azların, seçilmişlərin cərgəsinə necə düşəsən?

Məftuedici insan olmağı isə gizlində hər kəs arzulayır.

Yoldançıxarmanın taktikası və strategiyasını, insan psixologiyasının mahir bilicisi Robert Qrinin kitabında tapacaqsınız.

2. OSHO. “Tale, Azadlıq və Ruh: Həyatın mənası nədir?”

“Mən özlüyümdə bir sualam. Kim olduğumu bilmirəm, nə etdiyimi, haraya getdiyimi”.

Filosof Osho-nun bu kitabı insanla əlaqədar sualları dərin bir şəkildə araşdırır: Ruh varmı? Əgər varsa o nədir? Karma anlayışı nədir? Tale nədir? Azadlıq Nədir? Həyatımızın müəyyən mənası və ya məqsədi varmı?

3. “Karamazov qardaşları”

Fyodor Dostoyevsky-nin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər.

4. “Tiranlar”

Diktatorların və onların bəşəriyyətə qarşı törətdiyi cinayətlərin tükürpərdən xronikası olan “Tiranlar: Tarixin 100 Ən Dəhşətli Despot və Diktatorları” talesiz xalqların üzərində ağalıq edən yüz ən qaniçən qadın və kişi hökmdarları təqdim edir.

Bu kitab, körpə İsanın təqibçisi Böyük İroddan tutmuş, bəşər tarixində ən dağıdıcı müharibənin səbəbkarı və kütləvi insan qatili Adolf Hitlerə qədər tarixin ən qəddar despotlarını tədqiq edir və onların yaşadığı həyat, hakimiyyətə gəlişləri və özlərindən sonra qoyub getdikləri fəlakətlər və ağrı-acılar barədə dəqiq və ətraflı söhbət açır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG