Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:24

AzadliqRadiosunun yeni proqramı AzadliqLIVE


_

AzadliqRadiosu canlı verilişlərin davam etdirir. Bu gün axşam saat 8-də yeni formatda AzadliqLIVE günün əsas hadisələrinə müxtəlif bucaqlardan baxdıq.

  • “Azərbaycanda əmanətlərdən vergi tutulacaq, aksiz vergiləri qalxıb, qiymətlər bahalaşacaq kimi” xəbərlər nə dərəcədə doğrudur – bu il Azərbaycan iqtisadiyyatı adi vətəndaşa hansı sürprizlər hazırlayıb?
  • Parisdə Məhəmməd peyğəmbərin karikaturlarını dərc edən jurnalın redaksiyasında hücumda 11 nəfər öldürülüb, Almaniyada isə anti-islamçı və anti-gəlmə hərəkatı genişlənir
  • Bakıda bürosu bağlanan AzadlıqRadiosunun həbsdə olan jurnalisti Xədicə İsmayıl Kürdəxanıdan nə yazır...
  • Azərbaycan-Ermönistan cəbhə xəttində nə baş verir, atəşkəsin tez-tez pozulması hərbi münaqişənin bərpasına səbəb ola bilərmi?
  • Gülənçilər və paralel dövlətlə bağlı iddialar,Jurnalistlərin həbsləri, Qərbin sanksiya qoyduğu Rusiya ilə yaxınlaşmalar – Erdoğan Türkiyəsi hara gedir?

HƏFTƏNİN SUALI ???

SƏNCƏ,

  • Avropa oyunları və Parlament seçkiləri ilində Azərbaycanın siyasi həyatı necə olacaq?
  • Müxalifət partiyaları parlament seçkilərinə qədər iqtidara alternativ qüvvə formalaşdıra biləcəkmi?
  • Ötən il tutulan ictimai fəallar, QHT liderləri azadlığa çıxacaqmı, ya onlara yeniləri əlavə olunacaq?

Proqram başa çatdı. Lakin müzakirəyə çıxarılan mövzulara münasibətinizi AzadlıqRadiosunun Facebook səhifəsində və aşağıdakı forumda yaza bilərsiz, AzadlıqLIVE-da yanvarın 8-də, axşam saat 8-də yenidən canlı efirdədir. Azadlıqda qalın - LİVE!

AzadliqLIVE-ı NECƏ DİNLƏMƏLİ?

Həftə içi hər gün axsan 8-də Azadlıq LİVE-ı canlı-canlı

internet səhifəmizdən – azadlıqradiosu.az ünvanından,

Hotbird peykində - 12.226 GHZ tezliyi, 27.500 sürətində,

Türksat peykində isə - 11.976 GHZ tezliyi, 27.500 sürətində

dinləyə bilərsiniz.

XS
SM
MD
LG