Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:21

Naxçıvanda AXCP fəalının azad olunması üçün şərt qoyulub


Hicran Qasımov

Hicran Qasımov

Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımovun azadlığa buraxılması üçün ailəsinin qarşısına şərt qoyulub – hakimə yalvarmaq. Bu haqda AzadlıqRadiosuna fəalın xanımı Səadət Qasımova məlumat verib. Səadət Qasımovanın sözlərinə görə, bu təklifi onlara Naxçıvan Şəhər Məhkəməsinin hakimi Mehman Allahverdiyev edib:

“SİZİN QARŞINIZDA SINIB AĞLAMARAM”

“İş məhkəməyə göndəriləndən sonra hakim söz vermişdi ki, bayramlardan sonra Hicranla görüşə icazə verəcək. Biz də görüş almaq üçün dekabrın 7-də məhkəməyə getdik. Hakim bizi qəbul edib dedi ki, Hicran hər yerdə məmurlar haqqında pis danışdığına görə həbs olunub. Dedi ki, o, bu hakimiyyəti istəmir. Əgər istəsəydi, YAP üzvü olardı. Soruşdum ki, onda bəs narkotik maddəsi nədi qoyulub ona? Dedi ki, siz buna fikir verməyin. Hakim bildirdi ki, əgər Hicranın azadlığa çıxmağını istəyirsizsə, yalvarın, ağlayın, ailə vəziyyətinizin ağır olduğunu deyin, biz də lazım olan yerlərə çatdıraq. Guya bundan sonra azad edəcəklərmiş. Hakimə dedim ki, yoldaşımın həbsi nahaq olduğuna görə sizin qarşınızda sınıb, nə ağlayaram, nə də yalvararam”.

“HAQQ ƏDALƏTİN BƏRPASI ÜÇÜN SONADƏK GEDƏCƏYƏM...”

Səadət Qasımova deyir ki, bu söhbətdən sonra hakim həyat yoldaşı ilə görüş üçün onların şəxsiyyət vəsiqələrini alıb və aşağıda gözləmələrini istəyib:

“ Bir saat sonra köməkçisi gəlib bildirdi ki, göüş mümkün olmayacaq. Hiss olunurdu ki, həmin müddətdə hakim kiminləsə məsləhətləşmişdi. Ona da deyiblər ki, görüş vermə. Çünki, hakim özü əvvəldən söz vermişdi bizə. Demək, yalvarsaydıq görüş də verəcəkdilər. Hamısı bizi sındırmaq üçündür. Sonra Hicranı guya müdafiə edən qondarma vəkil dedi ki, sizin özünüzü də şərləyəcəklər. Məni süründürməyə heç kimin haqqı yoxdur. Haqq-ədalətin bərpası üçün axıra kimi gedəcəyəm”.

Naxçıvan Şəhər Məhkəməsindən Səadət Qasımovanın iddiaları ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun ötən il noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Lakin AXCP fəalının nədə ittiham olunduğu haqda məlumat verilmirdi. Bir neçə gün öncə onun Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 128 (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirildiyi məlum olub. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

Ötən il dekabrın 26-da Naxçıvan Şəhər Məhkəməsində Hicran Qasımovun işi ilə bağlı hazırlıq prosesi keçirilib. Növbəti proses yanvarın 12-nə təyin olunub

XS
SM
MD
LG