Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:58

Parisdə satirik jurnalının ofisinə hücum edilib, ölənlər var


Foto arxiv
Foto arxiv

-

Fransanın paytaxtı Parisdə satirik Şarli Yebdu (Charlie Ebdo) jurnalının ofisinə edilmiş silahlı hücumda azı 11 nəfər ölüb.

Onlardan 2-si polis,1-i isə jurnalistdir.

Polis həmçinin 10 nəfərin yaralandığını və onlardan bəzilərinin ağır vəziyyətdə olduğunu deyir.

Agentliklərin məlumatına görə maskalı və silahlıadamlar binaya soxulub və təxminən 5 dəqiqə atışma gedib.

Hadisə yerinə gələn prezident Francois Hollande bunun terror aktı adlandırıb.

Məlumatlara görə prezidentgününün sonunda hökumətin təcili iclasını çağıracaq.

Jurnalın əvvəlki redaksiyası da 2011-ci ilin noyabrındatamamilə yandırılmışdı.

Bu jurnalın islamla bağlı karikaturlar çap etməsindən sonra baş vermişdi.

XS
SM
MD
LG