Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:38

Bakı və Abşeronda çovğun gözlənir


Arxiv fotosu. Bakı, 10 fevral 2012.
Arxiv fotosu. Bakı, 10 fevral 2012.

.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə yanvarın 8-də Bakı və Avşeronda hava şəraitinin fasilərlə yağıntılı olacağı, qar yağacağı, şimal-qərb küləyinin şiddətlənəcəyi, çovğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı gözlənir.

Havanın temperaturu yanvarın 7-dən 8-ə keçən gecə 1-3 dərəcə isti, gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta olacaq.

Azərbaycanın rayonlarında da yanvarın 8-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Havanın temperaturunun gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənir.

Nazirliyin rəsmi məlumatında həmçinin qeyd edilir ki, yanvarın 8-də Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15 dərəcə aşağı düşəcəyi, güclü xəzri küləyi fonunda həm də çovğun ehtimalı var. Bu da həmin ərazidə yaşayan əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u və 10-da 10-da da soyuq amma oksigenlə zəngin və təmiz hava olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG