Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:27

"Azərbaycan rəhbərliyinin son hədəfi AzadlıqRadiosudur"


Respublikaçı konqresmen, Avropa, Avrasiya və Yeni Təhlükələr Altkomitəsinin aparıcı üzvü Bill Keating AzadlıqRadiosunun Bakı bürosuna basqın barədə bəyanat yayıb. Bəyanatda deyilir:

"Azərbaycan hökumətinin Amerika və digər beynəlxalq QHT-lər və media qurumlarını qəsdən hədəfə almasından çox narahatam. Əksəriyyəti yerli vətəndaşlara vacib kömək göstərən bu təşkilatlar ofislərini bağlamağa məcbur olub. Onların sırasına İREX, Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, ABŞ Sülh Korpusu, Transparency İnternational və Oxfam daxildir. Azərbaycan rəhbərliyinin son hədəfi AzadlıqRadiosu – Azad Aropa/Azadlıq Radiosunun Bakı bürosudur. Hökumətin AzadlıqRadiosunda apardığı reyd, eləcə də jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunus və digərlərinin həbsi – Azərbaycan rəhbərliyinin niyyətləri və onların ABŞ və Qərblə tərəfdaşlıq istəyinə dair ciddi narahatlıq yaradır. Azərbaycan qlobal miqyasda müsbət rol oynaya bilər. Ancaq hökumətin öz vətəndaşları, eləcə də Amerika təşkilatları, işçiləri və mətbuatla davranışı açıq-aşkar sabitliklə uyuşmur və buna qeyri-ciddi baxmaq olmaz. Administrasiyanı Azərbaycan rəhbərliyi ilə təmaslarda bu məqamları önə çəkməyə çağırıram".

Günün bütün mövzuları

XS
SM
MD
LG