Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:45

Navalny süd alıb qayıdanda tutulub


Aleksei Navalny
Aleksei Navalny

Rusiyanın müxalifət lideri Aleksei Navalny evdən çıxıb mağazadan süd alanda 3 nəfər tərəfindən saxlanıb.

Bu barədə o özünün saytında məlumat yayıb.

Saytda Navalny-nın mağazadan necə süd alıb qayıtması və onu müşahidə edən 3 nəfərin fotolar yerləşdirilib.

Bu fotoları onun həyat yoldaşı çəkib.

Navalny yazır ki, onun həbsinədək südün 1 litri 45 rubl idisə, indi75 rubldur.

Hazırda ev dustağı olan Navalny bundan əvvəl bu rejimə tabe olmayacağını bəyan eləmişdi.

O deyir ki, ev dustaqlığı məhkum olunmamış və ya şübhəli bilinən insanlara şamil edilə bilər, məhkumlara yox.

O isə artıq məhkumdur-3 il yarım şərti çəza alıb.

XS
SM
MD
LG