Azərbaycan ordusunun əsgəri cəbhənin Ağdam rayonu istiqamətində minaya düşərək yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, gizir Şamo Məmmədov Silahlı Qüvvələrin Baş Klinik Hospitalına götürülüb.
Əsgərin vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.