Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:54

-

Türk aktrisası Müşde Ar “Hürriyet” qəzetinə müsahibəsində Azərbaycanın da adını çəkib.

O, “Gündəmdəki mövzularla bağlı şərh”ində satirik tonda, Azərbaycandan saxta diplom alıb Türkiyədə prezidentliyə namizəd olacağını deyib:

“SİYASET yapmayı düşünüyor musunuz?

MÜJDE AR: Önümüzdeki seçimlerde Cumhurbaşkanlığı’na aday olacağım.

Nasıl olacak?

MÜJDE AR: Benim üniversite diplomam yok. Üniversite ikiden terkim. Azerbaycan’dan dandik bir diploma alıp aday olacağım”.

Qənirə Paşayeva

Qənirə Paşayeva

Azərbaycanlı millət vəkili Qənirə Paşayeva isə Facebook-da türk aktrisanı qınayıb: ”Müjdə Arı dəvət edirik gəlsin, görək haradan alacaq o "dandık, saxta" diplomu Azərbaycanda. Yox əgər ala bilməsə, o zaman Azərbaycandan üzr istəməlidir. Ölkəmizə, millətimizə sayğı göstərməyən, onu aşağılayan birisi qardaşımız da olsa, ona sayğı göstərməməliyik və etirazımızı da hamımız söyləməliyik". (Qafqazinfo)

Bundan öncə türk komediya aktyoru Cem Yılmaz da auditoriya qarşısında çıxışındakı "Türkiyədə sənətçilərin Azərbaycanda təhsil almaq adıyla hərbi xidmətdən yayındığını" demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG