Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:03

Anar Məmmədlinin karantin müddəti başa çatıb


Anar Məmmədli
Anar Məmmədli

13 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüş hüquq müdafiəçisi Anar Məmmədlinin karantin müddəti başa çatıb.

Bunu Turana onun doğmaları bildirib.

Sağlamlığında müəyyən problemlər olsa da, Anar Məmmədli ruh yüksəkliyini qoruyub saxlayır. O, saxlanma şəraitindən şikayət etməyib, lakin cəzaçəkmə müəssisəsinin ekoloji cəhətdən pis yerdə yerləşdiyini, yaxınlıqda çoxsaylı karxanalar olduğunu deyib.

Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs edilib.

O qanunsuz sahibkarlıq, vəzifəsindən sui-istifadə və vergidən yayınma ittihamları ilə 5 il yarım azadlıqdan məhrum edib.

Amnesty İnternational təşkilatı Anar Məmmədlini vicdan məhbusu elan edib.

XS
SM
MD
LG