Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:02

_

Drezdendə Bazar ertəsi, yanvarın 5-də 18 minə yaxın adam Almaniyanın Baş Kansleri Angela Markelin çağırışıbı qulaqardına vuraraq mühacirlər və müsəlmanlar əleyhinə mitinqə toplaşıblar.

“Vətənpərvər Avropalılar Qərbin İslamlaşması Əleyhinə” (Pegida) adlı hərəkat oktyabrdan bəri hər həftə yürüş keçirir. Bu həftəki nümayişlər Berlin, Köln, Ştutqart kimi iri şəhərlərdə olub. Bu yürüşlərdə minlərlə adam iştirak edib.

İRQÇİLİYƏ QARANLIQ ETİRAZ

Ancaq Drezdenin bir çox abidələri, eləcə də Berlindəki Brandenburq qapıları kimi tarixi yerlərmühacir əleyhdarı olan mitinqlərə etiraz olaraq işıqlarını söndürən Kolon Kilsəsi kimi işıqlarını söndürürüblər.Üstəlik, həmin şəhərlərdə bunlar əleyhinə də nümayişlər olub. Berlində 5 min adam Pegidanın keçdiyi yolun qabağını kəsib.

Ştutqart, Muenster və Hamburqda 22 min adam Pegida əleyhinə nümayişə çıxıb.

Təkcə Drezdendə Pegida lehinə nümayişdə daha çox adam olub, nəinki Pegida əleyhinə nümayişdə.

Pegida əleyhinə nümayişə burda 3 min adam çıxıb.

Köln şəhərində isə tərsinə, Pegida nümayişinə 250, əleyhinə isə minlərlə nümayişçi olub. Köln şəhərinin mərkəzində iri binalarda işıqlar müvəqqəti söndürülüb.

Şəhər meri Juergen Roters deyib ki, bununla şəhər əhalisi Pegida nümayişinə etirazını bildirir. O deyib: “Bu gün real olaraq demokratik işarə verildi. Köln şəhərində bir çox adam göstərdi ki, onların ifrat sağlarla və xaricilərə nifrət edənlərlə ortaq heç nələri yoxdur”.

Bu dəfə iri şirkətlər də öz münasibətini bildirib. Drezdendə Volkswagen şirkəti öz zavodunda işıqları söndürüb. Şirkət “ açıq, azad və demokratik cəmiyyətə tərəfdar” olduğunu bildirir.

HƏR 8 ALMANDAN BİRİ

Ancaq Almaniyanın Stern jurnalının sorğusuna görə, evinin yanında Pegida nümayişi olsaydı, hər 8 almandan 1-i bu nümayişə qoşulacağını deyir.

Avropa Birliyi ölkələri arasında xaricdən ən çox qaçqın qəbul edən ölkə Almaniyadır. Son vaxtlar ən çox qaçqın Suriyadan gəlir.

MERKEL PEGİDANI FAŞİST SAYIR

İlbaşı gecəsi Alman kansleri Angela Merkel mühacir və islam əleyhdarı olan bu cür qrupları irqçi, kesnofob və anti-semit ekstremistlər adlandırıb, alman cəmiyyətini içi nifrətlə dolu olan bu cür tiplərə qarşı səsini qaldırmağa çağırmışdı.,

Günün bütün mövzuları

XS
SM
MD
LG