Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:55

Iordaniya şahzadəsi və FİFA-nın vitse-prezidenti Ali Bin Al Huddein mayın 29-da FİFA prezidentliyinə keçiriləcək seçkilərdə mübarizə aparacağını bəyan edib.

39 yaşlı şahzadə bildirib ki, təşkilatdakı həmkarları ilə müzakirələrdən sonra bu qərara gəlib.

Onun sözlərinə görə, bu müzakirələrdə qərara alınıb ki, təşkilatda dəyişiklik edilməlidir.

Prezidentlik uğrunda 79 yaşlı indiki prezident Sepp Blatter də mübarizə aparacaq.

17 ildir ki, FİFA-ya Blatter rəhbərlik edir.

Son vaxtlar təşkilatın ətrafında korrupsiya ilə bağlı qalmaqal qopub.

Təşkilatın etika məsələləri üzrə rəsmisi Michael Garcia ötən ilin dekabrında istefa verib.

Buna səbəb rəhbərliyin 1018-2022-ci il dünya çempionatlarının Rusiya və Qətərdə keçirilməsi ilə bağlı qərara yenidən baxmaması oldu.

FİFA istintaq zamanı bu ölkələrin seçilməsində elə bir pozuntu aşkar edilmədiyini bəyan elədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG