Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:44

İranlı musiqiçinin ölkədən çıxması qadağan olundu


-

İranın tanınmış musiqiçisi və bəstəkarı Majid Derakhshani-nin ölkədən çıxmasının qarşısı alınıb. O, yanvarın 5-də gündəlik Etemad qəzetinə deyib ki, ötən həftəsonu Dubaya uçmaq istəyəndə İmam Khomieni aeroportunda təhlükəsizlik işçiləri pasportunu alıblar. Rəsmilər ona deyiblər ki, ölkədən çıxmasına qadağa qoyulub.

Qadağa izah olunmayıb. Ancaq Derakhshani inanır ki, səbəb onun son videokliplərində qadın müğənnilərin solo oxumasıdır. Həmin kliplərə İnternetdə on minlərlə baxış olub.

Derakhshani-nin sözlərinə görə, özü və Mah Banoo ansamblının digər üzvləri son aylarda polis tərəfindən bir neçə dəfə dindirilib.

1979-cu il İslam İnqilabından sonra İranda qadın müğənnilərin solo perfomansı qadağandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG