Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:45

Navalny ev dustaqlığına əməl etməyəcəyini deyir


-

Rusiya müxalifətinin lideri Aleksei Navalny deyir ki, ev dustaqlığı şərtlərinə əməl etməyəcək. O, hərəkətlərinin izlənməsi üçün taxılmış elektron bilərziyi də kəsib. Yanvarın 5-də Navalny vebsaytında yazıb ki, ev dustaqlığına məhkum edilməsi qanunsuzdur, çünki ölkə qanunvericiliyinə görə, bu qadağa yalnız hələ məhkum edilməmiş, təqsirləndirilən şəxslərə aid edilə bilər. O, pəncərə kənarına qoyduğu qara bilərziyin fotosunu da yerləşdirib, yazıb ki, biraz əlləşib və bu qurğunu mətbəx qayçısı ilə kəsə bilib.

Prezident Vladimir Putinin tənqidçisi olan Navalny dekabrın 30-da böyük miqyaslı oğurluqda təqsirli bilinib və ona 3 il yarım şərti cəza verilib.

"Rusiya məhkəmələri tarixində yeganə şəxsəm ki, məhkum olunandan sonra ev dustağıyam," Navalny yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG