Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:15

Normandiya formatında növbəti görüş yanvarın 9-da olacaq


Ukrayna, Rusiya, Fransa və Almaniyanın xarici işlər nazirləri yanvarın 9-da Astanada görüşəcək. Bunu Ukraynanın "Normandiya formatında" danışıqlardakı təmsilçisi yanvarın 5-də gecə Berlin görüşündən sonra bildirib. Ukrayna xarici işlər nazirliyinin şöbə müdiri Oleksiy Makeyev bu barədə tvitter hesabında yazıb. Makeyev Berlin danışıqlarına Ukrayna nümayəndə heyətinə başçılıq edib.

Makeyev tvitterdə onu da qeyd edib ki, Astana görüşündə "ümumi razılaşma"nın əldə olunması da mümkündür. O, Ukrayna televiziyasına bildirib ki, Kiyevdə Ukrayna, Rusiya, ATƏT, Ukraynanın şərqi Donetsk və Luqansk regionlarından təmsilçilərin iştirakıyla görüş keçirilə bilər. Donetsk və Luqansk hazırda rusiyayönlü separatçıların nəzarətindədir.

XS
SM
MD
LG