Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13

"Avtoşluq" edən dəvəquşu


Bazar günü Tel-Əviv yaxınlığında avtomobil magistralına çıxan sürücülər gözlərinə inanmırdılar. Maşınlarla birlikdə hərəkətə qoşulan dəvəquşu orta zolaqda hərəkət edərək, ilk növbədə yol hərəkəti qaydaların riayyət edirdi. Lakin svetofora yaxınlaşanda vəziyyət dəyişdi. Qırmızı işığa "məhəl qoymayan" dəvəquşu hərəkəti davam etdirəndə qəza vəziyyəti yarandı. Xoşbəxtlikdən hər şey xətasız başa çatdı, saatda 50 kilomter sürət yığa bilən dəvəquşu toqquşmalardan yayındı. Xəbər verilir ki, bələdiyyə işçiləri dəvəquşunu Gersil şəhərinin ticarət mərkəzində yaxalayaraq baytarlara təhvil veriblər. Ehtimal olunur ki, dəvəquşu İsrailin mərkəzi rayonlarından birindəki fermadan qaçıb. (Reuters)

Bölmələr

Şərhləri göstər

XS
SM
MD
LG