Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:02

Rəsul Cəfərovun işi üzrə istintaq materialları məhkəməyə göndərilib


Rəsul Cəfərov
Rəsul Cəfərov

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə istintaq materialları baxılmaq üçün Bakı Ağır Cimayətlər Məhkəməsinə göndərilib.

Bizimyol.info saytının məlumatına görə, iş yaxın günlərdə icraata götürüləcək.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də saxlanıb.

O qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurdu.

İstintaq dövründə isə ona qarşı vəzifə saxtakarlığı və küli miqdarda mənimsəmə maaddələri ilə yeni ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə, hüquq müdafiəçisi 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Müdafiə tərəfi, bir sıra yerli və beynəlxalq təşkilatlar ona qarşı ittihamların siyasi motivli olduğunu deyirlər.

Amnesty International təşkilatı Rəsul Cəfəru vicdan məhbusu hesab edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG