Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

La Liqanın oyunçusu Azərbaycan millisində oynaya bilər


Foto arxiv
Foto arxiv

Azərbaycan millisinin üzvlüyünə namizəd Eddi İsrafilov AFFA ilə danışıqlar üçün Bakıya gələcək.

"Sportbox.az" portalının məlumatına görə, Azərbaycan millisinin baş məşqçisi Robert Prosinecki İspaniyanın La Liqasında mübarizə aparan "Qranada"nın futbolçusunu Azərbaycana dəvət edib.

Məlumata gör, bu dəfə Azərbaycan millisində oynamaq təşəbbüsü futbolçunun özündən gəlib.

Portalın yazdığına görə, o bundan əvvəl Azərbaycan millisində oynamaq üçün 1 milyon avro istəyib, amma AFFAbu məbləğlə razılaşmayıb.

Eddi İsrafilov 1992-ci ildə İspaniyada anadan olub.

Atası anqolalı, anası Elnarə İsrafilova isə azərbaycanlıdır.

İlk klubu "Mursiya" olan İsrafilov hazırda "Qranada" klubuna icarəyə verilib.

XS
SM
MD
LG