Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:54

Hasan Rohani: "Hökumətin ölkə iqtisadiyyatında rolu azaldılmalıdır"


Hassan Rohani

Hassan Rohani

İran prezidenti Hasan Rohani hesab edir ki, ölkə iqtisadiyyatının normal inkişafı üçün dövlətin bu məsələdə iştirakını azaltmaq lazımdır.

O dekabrın 4-də televiziya ilə müraciətində qeyd edib ki, korrupsiya ilə mübarizə aparmaq, iqtisadiyyatın daha rəqabətqabiliyyətli və şəffav olması üçün o dövlətin nbəzarətində olmamalıdır.

O həmçinin bildirib ki, ölkə beynəlxalq təcrid vəziyyətində sabit iqtisadi artıma nail ola bilməz.

Hazırda İranın nüvə proqramı ilə bağlı Tehran və aparıcı 6 dünya ölkəsi arasında danışıqlar gedir.

Qərb hesdab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Buna görə Qərb İrana qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG