Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38

Facebook-un yaradıcısı real kitablar oxuyacağını deyir və sosial medianın digər üzvlərini də buna çağırır.

Facebook-un yaradıcısı və rəhbəri Mark Zuckerberg yanvarın 3-də səhifəsində yazıb ki, "2015-ci ildə qarşısına qoyduğu məqsəd iki həftəyə bir kitab oxumaqdır" – əsas diqqəti də müxtəlif mədəniyyətlərin, inancların, tarix və texnologiyaları öyrənməyə ayıracaq.

Zuckerberg Kitablar İli adlı səhifə də yaradıb, yazıb ki, "İki həftəyə bir kitab oxuyacaq və burada müzakirə edəcəyik".

Yanvarın 5-də bu səhifəni 118 mindən çox bəyənən olub. https://www.facebook.com/pages/A-Year-of-Books/818824488163482?pnref=story

Görəsən facebook aludəçiləri kitab oxumağa vaxt ayıra biləcəklərmi?

Hələlik görünən odur ki, azından kitab alacaqlar: Zuckerberg-in seçdiyi birinci kitab, Moises Naim-in "Hakimiyyətin sonu" əsəri yanvarın 4-də Amazon.com-da "müvəqqəti olaraq qurtarıb".

Günün bütün mövzuları

XS
SM
MD
LG