Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:02

Kadyrov İŞİD-ın Qafqazda ciddi təhlükə olmadığını deyir


Ramzan Kadyrov. Qrozni 28 dekabr 2014
Ramzan Kadyrov. Qrozni 28 dekabr 2014

-Çeçenistan lideri Ramzan Kadyrov deyir ki, İslam Dövləti (İD) qrupu üzvlərinin Şimali Qafqazdakı yaraqlılara qoşula biləcəyindən narahat olmağa dəyməz.

"Belə bir təhlükə yoxdur," Kadyrov yanvarın 4-də İnterfax xəbər agentliyinə bildirib.

"Özümüzü İŞİD-çilərlə qorxutmamalıyıq," Kadyrov deyib. İŞİD, İraq və Suriyada böyük ərazilər ələ keçirmiş İD silahlı qruplaşmasının əvvəlki adıdır. Hazırda bu qruplaşma ABŞ koalisiyasının hədəfindədir.

"Bu terrorçu qruplar içində yaxşı casus şəbəkəmiz var və bu da bizə maraqlı olanların hərəkətini izləməyimizə imkan verir," Kadyrov söyləyib.


Kadyrov İD yaraqlılarının Rusiyaya kiçik təhlükə yaratdığını desə də, sözlərinə bunları da əlavə edib: "Birləşmiş Ştatlar və Qərb dövlətlərinin Yaxın Şərqi böyük bir terrorçu təlimi səhnəsinə çevirməsi Rusiya və bütün dünyaya təhlükədir".

Kadyrovun bu sözləri bir neçə Qafqaz çihadçı liderinin İD-nin xəlifə elan etdiyi Al Baghdadiyə sədaqət bəyanatları ilə eyni vaxta təsadüf edir.

XS
SM
MD
LG