Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:56

4-5.Kosmos-2014 Anteres və SpaysŞipTu qəzaları


4-5.Kosmos-2014 Anteres və SpaysŞipTu qəzaları
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Oktyabrda "Siqnus" kosmik gəmisini orbitə çıxaran "Anteres" raketi 15 saniyədən sonra havada partlayaraq yerə düşdü. Bu, NASA-nın 2011-ci ildə çoxistifadəli Şatl texnologiyasından imtina etdiyindən bəri ilk uğursuzluğu idi. Qəzanın mümkün səbəblərindən biri kimi, təhqiqatçılar 50 il əvvəl Sovet Ukraynasında hazırlanan raket mühərrikinin sıradan çıxmasını göstərirlər. Noyabrın əvvəlində kosmonavtika sahəsində daha bir uğursuzluq baş verdi. Vircin Qalaktik şirkətinin hazırladığı yeni kosmik gəmi texnologiyası - SpaysŞipTu Kaliforniyanın Mohave səhrası üzərindəki sınaq uçuşunda qəzaya uğradı. SpaysŞipTu proqramı kosmik gəmilərin yerdən deyil, xüsusi təyyarə ilə stratosferə qaldırılaraq oradan 100 kilometrə qədər Yer orbitinə büraxılmasını nəzərdə tuturdu. Qəza nəticəsində gəmi pilotlarında biri həlak oldu, digəri isə ağır yaralandı. Şirkətin rəhbəri Richard Branson qəzanın səbəblərinin müəyyənləşdiriləcəyini, proqramın isə davam etdiriləcəyini bildirdi. (Reuters)

Bölmələr

XS
SM
MD
LG