Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:57

8-9.Kosmos-2014 İnsanı Marsa aparacaq "Orion"


Dekabrda uzaq kosmik fəzaların tədqiqatı üçün nəzərdə tutulan daha bir qurğunun, pilotlu "Orion" kosmik gəmisinin də sınaqları keçirilib. İlk sınaq zamanı kosmik gəmi pilotsuz, avtomatik rejimdə fəzaya qalxaraq Yer kürəsi ətrafında 2 dövrə vurub. Cəmi 4,5 saat çəkən uçuşda "Orion" Yer kürəsindən 6 min kilometrə qədər uzaqlaşaraq uğurla Sakit okeanın səthinə enib. 2018-ci ildə "Orion" yenə də avtomatik rejimdə Ay qədər uçub, onun ətrafında dövrə vurandan sonra Yerə qayıtmalıdır. Bu kosmik gəminin astronavtlarla uçuşu 2021-ci ilə nəzərdə tutulur. Mühəndislər ümid edirlər ki, ilk dəfə insan ayağının Mars planetinə basması məhz "Orion" vasitəsilə olacaq. Hələliksə "Qırmızı planetin" səthini araşdıran NASA-nın "Kuriositi" qurğusu müəyyən edib ki, 3,5 milyard il əvvəl orada diametri 150 kilometrə yaxın göl mövcud olub. Bundan başqa "Orion"nun qeydə aldığı metan püskürmələrini analiz edən alimlər belə nəticəyə gəliblər ki, Marsa canlı həyatın yaranması üçün münasib mühit mövcuddur. (Reuters)

Bölmələr

XS
SM
MD
LG