Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:56

Azərbaycanın NATO ilə daha sıx dialoqu məsələsi gündəmə gələ bilər


Yaxın vaxtlarda Azərbaycanın NATO ilə daha sıx dialoqu məsələsi gündəmə gələ bilər. Bakıda iki günlük səfərdə olan NATO Parlament Assambleyasının Gələcək Təhlükəsizlik İmkanları Alt Komitəsinin rəhbəri Vahid Erdem oktyabrın 17-də Milli Məclisdə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycana budəfəki səfərinin bir məqsədi də əlaqələri gücləndirməkdir. «Daha sonra isə Azərbaycanın NATO-ya üzvlüyünə hazırlıq mərhələsinə keçilə bilər». Onun sözlərinə görə, rəhbərlik etdiyi komitənin Cənubi Qafqaz regionu ilə bağlı hazırladığı məruzəyə Azərbaycanın bəzi etirazları var: «Məruzədə həqiqətən də bəzi xətalar, yanlışlıqlar var. Keçirilən görüşlərdə bu məsələlər müzakirə olundu. Məruzənin son variantında Azərbaycanın haqlı iradları nəzərə alınacaq».


Vahid Erdem söhbətin hansı düzəlişlərdən getdiyini sadalamaq istəmədiyini deyib. Dağlıq Qarabağ məsələsinə də toxunan NATO rəsmisi bildirib ki, Ermənistan qoşunları Dağlıq Qarabağ ərazisindən çəkildikdən sonra bölgəyə NATO-nun və BMT-nin sülhməramlı qüvvələri yerləşdirilə bilər.


NATO Parlament Assambleyasının Gələcək Təhlükəsizlik İmkanları Alt Komitəsi üzvləri səfər müddətində Milli Məclis sədri, XİN, DİN və s. strukturların rəhbərləri ilə də görüşüb müzakirələr aparıblar. Səfər oktyabrın 17-də başa çatıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG