Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:11

Vəfa Quluzadə: Rusiya Azərbaycanın seçimində alternativ ola bilməz


İlham Əliyev və Vladimir Putin. Arxiv fotosu

İlham Əliyev və Vladimir Putin. Arxiv fotosu

-

"Hesab edirəm ki, ötən il Azərbaycana heç bir yenilik gətirməyib. Çünki Avropa Birliyi ilə heç bir sənəd imzalanmadı, sadəcə Avropa və ABŞ ilə əməkdaşlıq niyyəti bildirildi". - Bunu 2014-cü ildə Azərbaycanın xarici siyasətinin yekunları haqda danışan politoloq Vəfa Quluzadə AzadlıqRadiosunun rusdilli Exo Kavkaza saytına bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində indiyədək Qərb istiqaməti üstünlük təşkil edib və misal kimi enerji layihələrinin adını çəkib. Politoloq əmindir ki, Rusiya ilə Qərb arasında qalan Azərbaycan yenidən sonuncuya doğru hərəkət edəcək.

"Ümumi vəziyyəti belə təsvir etmək olar: Qərblə münasibətlərin gərginləşməsi fonunda Rusiyaya yaxınlıq təsəvvürlərinin yaranması, onun ünvanına çoxlu xoş sözlərə baxmayaraq Azərbaycan Rusiyadan məsafə saxladı. İndiki vəziyyətin hələlik "maye" (qeyri-müəyyən - red.) halında olduğunu deyərdim, lakin əminəm ki hər şey sabitləşəcək. Azərbaycan Qərbin bəzi, haqlı saydığı iradlarını qəbul edərək münasibətlərin bərpasına nail olacaq. Çünki bizim başqa yolumuz ola bilməz. Gərək yerimizi müəyyənləşdirək, beynəlxalq icitmaiyyətdən kənarda isə mövcud ola bilmərik. Rusiya Ukraynadakı hadisələrlə sübut etdi ki, Azərbaycanın seçimi üçün alternativ deyil. Azərbaycan MDB-nin digər ölkələri kimi bütün bunları öz suverenliyinə real təhlükə kimi qəbul etdi. Mən, Krımın Rusiyaya birləşdirilməsini və Ukraynanın Şərqində, Donbassdakı hərbi əməliyyatları nəzərdə tuturam." - deyə Vəfa Quluzadə bildirib.

Politoloqun geniş müsahibəsini rus dilində burada oxu.

Günün bütün mövzuları

XS
SM
MD
LG