Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:42

“Ermənistanın Azərbaycanın ərazilərinin işğalını davam etdirməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər.”

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. APA-nın məlumatına görə , sözcü ErmənistanXarici İşlər Nazirliyinin 3 yanvardakı bəyanatına münasibət bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir.

Ötən gün, qondarma "Dağlıq Qarabağ Ordusu"nun mətbuat xidməti bildirib ki, yanvarın 2-də Azərbaycan silahlı qüvvələri onların nəzarət etdiyi əraziyə daxil olaraq 2 əsgəri öldürüb, birini də yaralayıb.

Məlumata görə, insidentlər qoşunların təmas xəttinin şərq və cənub hissələrində baş verib və "görülən tədbirlər nəticəsində" qarşı tərəf "itki verərək geri çəkilib".

Azərbaycanın Müdafiə Nazirliyi "diversiya ittihamı"nı rədd edib, yayılan məlumatları uydurma adlandırıb.

"Təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı" görünür. Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb" - Nazirliyin saytındakı məlumatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG