Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:55

ATƏT rəsmisi Fransanı qanun layihəsini qəbul etməməyə çağırır


Fransa Senatının binası

Fransa Senatının binası

Oktyabrın 17-də ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti Fransa Senatının sədrinə müraciət edərək erməni soyqrımı iddialarını inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsini qəbul etməməyə çağırıb. Cənab Haraşti Fransa Milli Assambleyasının belə bir qanun layihəsini birinci oxunuşda qəbul etməsindən narahat olduğunu bildirib. O, qeyd edib ki, fikrin azad ifadəsi sahəsində çoxillik demokratik təcrübəyə sahib olan Fransanın bu cür qanunu qəbul etməsi ATƏT üzvü olan ölkələr üçün təhlükəli təcrübə ola bilər.


Cənab Haraşti həmçinin Türkiyəni Cinayət Məcəlləsindəki 301-ci maddənin - türk kimliyinin təhqir edilməsinə görə cəza nəzərdə tutan maddənin çıxarılmasını istəyir. O, bildirir ki, elə bu maddədən də ermənilərin XX əsrin əvvəllərində Türkiyədə soyqırıma məruz qaldıqlarını deyənlərin cəzalandırılması üçün istifadə edilir.


Ötən həftə Fransa Milli Assambleyasında qəbul edilən qanun layihəsinə görə Fransada erməni soyqırımı iddialarını inkar edənlər 45 min avro məbləğində cəzalandırıla bilər. Bu layihənin qanun şəklində qüvvəyə minməsi üçün bir neçə mərhələdən də keçməlidir. Azərbaycan parlamenti də bu qanun layihəsiylə bağlı Fransa Milli Assambleyasına etiraz bəyanatı göndərib.


Günün bütün mövzuları

XS
SM
MD
LG