Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00

Almaniyanın nüfuzlu Der Spiegel jurnalı hökumətdə adı çəkilməyən mənbələrə istinadla yazır ki, Yunanıstanın avrozonadan çıxmasına rəsmi Berlin münasibətini dəyişib.

Əvvəllər bunun qəti əleyhinə olan Almaniya hökuməti indi bildirir ki,zəruriyyət yaransa, Yunanıstanın avrozonadan çıxmasının əleyhinə olmaycaq və yaranan vəziyyəti yoluna qoya biləcək.

Almaniya hökuməti Yunanıstanın avrozonadan çıxması variantını yanvarın 25-də Yunanıstandakı parlament seçkiləri ilə bağlı nəzərdən keçirir. Müxalifətin SYRİZA partiyası seçkini udsa, qənaət büdcəsinə son qoyacağını bildirir. Qənaət büdcəsi isə Yunanıstan verilən beynəlxalq yardımın əsas şərtidir.

2010-cu ildən bəri beynəlxalq kreditorlar Yunanıstana 240 milyard avro yardım ayırıblar. Əvəzində Yunıstandan sərt qənaət tələb edirlər.

Der Spiegel yazır ki,Almaniya kansleri Merkel və maliyyə naziriSchaeuble-nin fikrincə, Yunanıstan indi avro zonadan çıxa bilər. Onlar hesab edirlər ki, 2012-ci ildən bəri avrozonada vəziyyətindəyişib, ona görə Yunanıstyanın çıxmağından avrozona ölkələrinə böyükziyan dəyməyəcək.

XS
SM
MD
LG