Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55

İran ABŞ-la razılaşma xəbərini təkzib edir


İran ABŞ-la razılıq əldə olunması xəbərini təkzib edir. Associated Press Agentliyi yanvarın 2-də bildirmişdi ki, İranın nüvə proqramının ixtisarı barədə ABŞ-la İran arasında razılıq əldə olunub. Həmin razılığa görə, İran zənginləşmiş uranının artığını Rusiyaya verəcək.

Bundan bir gün sonra İranın xarici işlər nazirliyinin sözçüsü Marzieh Afkhambildirib ki, heç bir razılıq əldə olunmayıb.

İran bundan əvvəl də bildirirdi ki, özünün zənginləşdirilmiş uranını heç kimə verməyəcək.

XS
SM
MD
LG