Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Avstraliyada son 30 ilin ən güclü meşə yanğınları davam edir.

Cənubi Avstraliya ştatında, Adelaida şəhəri yaxınlığında yanğın 11 hektar meşə sahəsini məhv edib.

30 ev tamamilə yanaraq külə dönüb. Adelaida ətrafındakı yaşayış məntəqələrinin minlərlə sakini xüsusi sığınacaqlarda gecələyir.

Yanğınlarla mübarizəyə 2 min yanğınsöndürən, 14 təyyarə və helikopterlər cəlb olunub. Bölgədə güclü küləklərə görə, yanğını nəzarətə almaq hələ mümkün olmayıb. Havaların həddindən artıq isti keçməsi də vəziyyətə mənfi təsir edir. Yanvarın 3-də Adelaida şəhərində temperatur 40 dərəcəyə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG