Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:13

AirAsia təyyarəsinin dörd böyük parçası tapılıb


Qəzaya uğramış AirAsia sərnişin təyyarəsinin qalıqlarını və qəza qurbanlarını axtaranlar təyyarə gövdəsinin dörd iri fraqmentini aşkar ediblər.

Axtarış işləri Yava dənizində, Borneo adası sahillərində aparılır.

Bu arada təhqiqat aşkara çıxarıb ki, A320-200 Surabayadan Sinqapura uçuş üçün verilmiş marşrut lisenziyasını pozub.

Təhqiqatçılar həmçinin qəzaya pis hava şəraitinin səbəb olduğunu düşünürlər. AirAsia şirkətinin bütün qalan reyslərində təcili yoxlamalar keçirilir.

Tapılan hissələrdən birinin uzunluğu 18 metrdir.

Qəzadan az əvvəl təyyarənin komandiri 9753 metr hündürlükdə uçan təyyarəni 11 min500 metrə qaldırmaq üçün dispetçerdən icazə istəyib, lakin ona 10 min 360 metr hündürlüyə qalxmaq icazəsi verilib.

Bundan sonra təyyarənin qəfil dik qalxdığı qeydə alınıb. Ekspertlərin fikrincə, pilotlar A320 təyyarəsinin texniki imkanlarını aşıblar.

Hazırda hava şəraiti axtarış işlərini çətinləşdirir, beləki, görüntü 2 metri keçmir.

Rusiyadan olan dalğıclar axtarış işlərinə qoşulublar. Qəzadan salamat çıxanların olmadığı bildirlir.

İndiyədək 30 cəsəd tapılıb, lakin qalan cəsədlərin təyyarə ilə birlikdə dənizin dibində olduğu güman edilir.

XS
SM
MD
LG