Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:31

2007-ci ilin dövlət büdcəsi parlamentə göndərildi


Prezident İlham Əliyev 2007-ci il üçün Azərbaycanın dövlət büdcəsinin layihəsini təsdiqləyib parlamentə göndərib. Layihəyə əsasən 2007-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təxminən 5.4, xərcləri isə 5.7 milyard Yeni Azərbaycan manatı olacaq. İndiki kursla Amerika dollarına çevirəndə büdcənin gəlirləri 6.2 milyard dollar, xərcləri isə 6.5 milyard dollar olacaq. Layihəyə görə, 2007-ci ildə də, bu il olduğu kimi Dövlət Neft Fondundan dövlət büdcəsinə 585 milyon dollar köçürülməsi nəzərdə tutulub.


Gələn il büdcə layihəsində neftin bir barelinin qiymətləri 50 dollar müəyyənləşdirib və layihəyə görə, əgər neftin bir barel üçün qiyməti 40-50 dollar arasında olarsa gəlirlərin yarısı, 50 dollardan yuxarı olarsa isə, ¾ -ü Neft Fonduna köçürüləcək.


XS
SM
MD
LG