Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:42

Azərbaycan ən yeni "Boeing" təyyarəsi aldı



“Azərbaycan Hava Yolları” (AZAL) şirkəti “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsi alıb.

“Arzular layneri” daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır.

Onun çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən çoxdur və 20% az yanacaq sərf edir.

Geniş gövdəli bu təyyarə 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu layner birbaşa 15,7 min kilometr məsafə qət edə bilir.

Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.

XS
SM
MD
LG