Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:09

Bakıda kafedə partlayış olub, xəsarət alanlar var



Bakıda kafedə partlayış hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kvadratmetr olan "Bibimin kafesi"ndə 50 litrlik propan qaz balonundan qaz sızması nəticəsində qeydə alınıb.

Partlayış zamanı kafenin sahibi və kafedə işləyən 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG