Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:44

ABŞ Şimali Koreyaya yeni sanksiyalar qoydu


Amerika Birləşmiş Ştatları “Sony Pictures Entertainment” şirkəti üzərinə kiberhücuma cavab olaraq Şimali Koreyaya yeni sanksiyalar elan edib.

Prezident Barack Obamanın imzaladığı sanksiyalara Şimali Koreyanın 3 təşkilatı və 10 fərdi daxildir.

Hələ bu sanksiyalardan əvvəl də ölkə üzərində ABŞ-ın qoyduğu nüvə sanksiyaları vardı.

Sanksiyaya düşən təşkilatlar bunlardır:

Şimali Koreyanın əsas kəşfiyyat idarəsi olan Baş Kəşfiyyat Bürosu, Koreya Mədən İnkişaf Korporasiyası (bu şirkət silah ticarəti ilə məşğul olur) və ölkənin müdafiə araşdırmalarını aparan Tanqun Ticarət Korporasiyası.

Sanksiyalara məruz qalan şəxslərin bir qismi ölkənin Rusiya, İran və Suriya kimi yerlərdəki məxfi nümayəndələridir.

Şimali Koreya Sony korporasiyası üzərinə kiberbasqın üçün məsuliyyət daşımadığını bildirir.

Şərhçilər bildirirlər ki, ABŞ və Şimali Koreya arasında ticarət yox dərəcəsindədir və yeni sanksiyaların Pxenyan üçün elə də ciddi təsiri olmayacaq.

XS
SM
MD
LG