Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:58

Azərbaycanın Polşa ilə oyunu başqa vaxta təxirə salınıb


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası –AFFA-nın baş katibi Fuad Əsədovun verdiyi xəbərə görə, təmsil etdiyi qurumla Polşa Futbol Federasiyası arasında iki ölkənin futbol yığmalarının AÇ-2008-in seçmə mərhələsində gələn il martın 24-nə nəzərdə tutulan oyununun avqustun 22-nə təxirə salınması haqda ilkin razılıq əldə olunub. Yiğmanın fevralın 7-də səfərdə yoldaşlıq oyunu çərçivəsində özbəklərlə qarşılaşacağı artıq məlumdur. Şahin Diniyevin komandasının martın 8-12-si aralığında Qazaxıstanda keçiriləcək beynəlxalq turnirə qatılacağı da bəlli olub. Turnirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan və Gürcüstan yığmaları mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG