Rusiya Suriya müxalifətinin liderlərini Moskvaya danışıqlara dəvət edib. Danışıqlar yanvarın sonuna nəzərdə tutulur. Suriya müxalifətinin 28 lideri Moskvanın dəvətini alıb.
Onlar arasında Suriya Milli koalisiyasının lideri Hadi al-Bahra, koalisiyanın iki keçmiş lideri al –Khatib və Sida da var.
Assad rejiminin müdafiəçisi olan Rusiyanın dəvətini Suriya müxalifəti Türkiyədə yanvarın 2-də açılan baş məclisində müzakirə edəcək.
Assad hökuməti Moskvanın dəvəti barədə deyib ki, ilkin danışıqlarda iştirak edə bilər. Ancaq bu, Suriyanın özündə konfransa yol açmalıdır.
Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlanandan 200 min adam ölüb.