Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:24

-

Ukrayna hökuməti ölkənin ən böyük televiziya kanalını bağlamaq üçün hərəkətə keçib.

“İnter” telekanalının Yeni il gecəsi yayınladığı konsert proqramında Rusiyanın ulduz müğənniləri çıxış ediblər. O müğənnilər ki, bundan əvvəl, Ukraynanın şərqindəki rusiyameylli separatçıları açıq şəkildə dəstəkləyiblər.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turchynov Milli Teleradio Şurasına müraciət edib ki, televiziya lisenziyadan məhrum olunsun.

Turchynov “Inter”i “Ukrayna dövləti əleyhinə təbliğatda”, “Krım və Donbasın işğalını dəstəkləmiş müğənnilərə meydan verməkdə” ittiham edib.

Ukraynanın informasiya siyasəti naziri Yuriy Stets isə rus müğənnilərinin mahnılarının Ukrayna efirində səsləndirilməsini qadağan edən qanun layihəsi hazırlayacağını deyib.

Yeni il konserti Moskvada yazılıb. Sovet dövründən bəri Yeni il gecəsi mərkəzi televiziyada göstərilən "Qoluboy oqonyok"dur. Konsertdə Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının üzvü, deputat İosif Kobzon da çıxış edir.

Kobzon Ukraynada “arzuolunmaz şəxs” elan edilib. O, şərqi Ukraynaya səfər edərək orada "Novorossiyanın himni"ni də ifa etmişdi (separatçılar elan etdikləri qondarma dövlətə belə deyirlər)

Proqramın bir bölümündə Kobzon Ukraynaya girişi qadağan edilmiş digər müğənnilər Valeria və Oleg Gazmanovla birlikdə sərhəd şlaqbaumu maketi arxasında dayanmış göstərilir.

Trio öz mahnısında Qərbin Ukrayna məsələsinə görə Rusiyaya qoyduğu sanksiyalara rişxənd edir.

"İnter"in Rusiya TV-si üçün hazırlanmış həmin konserti yayınlaması Ukraynada sosial mediada böyük etirazlara səbəb olub.

“İnter”sə ittihamarı rədd edib və bunu mediaya təzyiq adlandırıb: “Bu proqram Yeni il konsertlərinin uzun illərdən bəri davam edən ənənəsinə söykənir və Ukrayna qanunlarını pozmur”.

Ukraynadakı bəzi ictimai fəallar kanalı Rusiya ordusu haqda müsbət imic yaradan bədii filmləri yaymaqda da ittiham edir.

Ukrayna ordusu ötən ilin aprelindən bəri separatçılarla döyüşlərdə minlərlə əsgərini itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG