Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:15

Xərçəng xəstəliklərinin yaranması "pis vərdişlərdən və genetikadan az asılı" imiş


Yeni araşdırmaya görə, bioloji cəhətdən “bəxti gətirməmək” xərçəng xəstəliyinin yaranmağında daha çox rol oynayır, nəinki ailənin tarixçəsi və ya pis vərdişlər.

“Science” jurnalının yanvarın 2-də çıxan sayında deyilir ki, bir çox xərçəng xəstəliklərinə gətirən DNK mutasiyası təsadüfdən asılıdır. Araşdırmaya görə xərçəng xəstəliklərinin yaranmağının 3-də 2-si bu mutasiyalardan, 3-də 1-i irsi genlərdən və ətraf mühit amillərindən asılıdır.

Araşdırmanı aparan Johns Hopkins Universitetinin Tibb Məktəbinin professoru Bert Vogelstein deyir ki, siz siqaret çəkməklə və valideynlərinizin kimliyindən asılı olaraq xərçəng xəstəliyinə tutulmaq riskini artıra bilərsiniz,ancaq xərçəng xəstəliklərinin bir çoxu əsasən bəxti gətirməməklə bağlıdır.

Araşdırma döş xərçəngi və prostat xərçəngi kimi xəstəliklərə aid olmayıb.

XS
SM
MD
LG