Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:44

Putin ilin ən korrupsiyalaşmış adamı elan olunur


Rusiya prezidenti Vladimir Putin.

Rusiya prezidenti Vladimir Putin.

-


Beynəlxalq Araşdırmaçı Jurnalistlər Rusiya prezidenti Vladimir Putini ilin ən korrupsiyalaşmış adamı elan edib. Sarayevoda qərarlaşan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Məlumatları Layihəsi adlı təşkilat bildirir ki, bu layihə işə düşəndən bəri hər il finala Vladimir Putin çıxır. Layihınin redkatoru Drew Sullivan deyib ki, Putinə mükafatı ömürlük vermək olar.

Təşkilat bildirir ki, Rusiya prezidenti ölkəsini pul yuma mərkəzinə çevirib. Onun rəhbərliyi ilə cinayətkarlıq cəzalanmır.

Bu ilki yarışmada Putinin əsas rəqibləri Macarıstanın baş naziri Viktor Orbán və Monteneqronun baş naziri Milo Đukanović idi.

XS
SM
MD
LG