Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05

Taxıl Fondu artrılır


Bu ildən Azərbaycan Dövlət Taxıl Fonduna tədarük edilən taxıl ehtiyatının həcmi artırılacaq. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” qərarına əsasən Taxıl Fonduna yığılan ehtiyatın həcmi 750 min tona çatdırılacaq. Hazırda bu ehtiyat 500 min ton təşkil edir.

Qərarın qəbulu taxıl istehsalçıları olan qonşu ölkələrdə son dövrlər baş verən iqlim dəyişikliklərinin, həmçinin respublika ərazisində uzun sürən quraqlıq nəticəsində yarana biləcək vəziyyətin əhalinin taxıl məhsulları ilə təminatına birbaşa və ya dolayı təsirinin qarşısının alınması tədbirləri ilə əsaslandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG