Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:50

Qədim Gəncə darvazasının oxşarı hazırlanacaq


1139-cu ildə, böyük dağıntılarla nəticələnmiş zəlzələdən sonra gürcü qoşunlarının qənimət kimi götürdüyü məşhur Gəncə darvazasının eynilə yeni nüsxəsi hazırlanacaq. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirir ki, indi Gürcüstanda saxlanan həmin darvazanın geri qaytarılacağına inam azdır. Ona görə də yerli hakimiyyət heç olmasa, darvazanın oxşarını hazırlamaq qərarına gəlib.


Cənab Əzizov bildirir ki, ustalar Gürcüstanın Kutaisi şəhərinin monastrında saxlanan darvazanın bütün ornamentləri, tərkibiylə tanış olacaqlar. Artıq darvazanın və onu əhatə edəcək qala divarlarının eskizi hazırdı. Qala divarlarının hündürlüyu 12-14 metr olacaq. Kərpicdən inşa ediləcək bu divarların tikinti materialı isə Naxçıvandan gətiriləcək. Eldar Əzizov deyir ki, tikinti işlərinə bir aydan sonra başlanması nəzərdə tutulur.


XS
SM
MD
LG