Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:08

-

“Apple” şirkəti ABŞ hökumətindən yeni qurğu üçün patent alıb.

Bu – qələmdir.

CNBC-nin məlumatına görə, həmin qələmlə istənilən səth üzərində yazı yazmaq, şəkil çəkmək, sonra da əlyazısını, rəsmi rəqəmsal qurğuda, məsələn, Notebook-un, iPad-ın, iPhon-un displeyində görmək mümkün olacaq. Əlyazısı monitorda kompüter şriftinə çevriləcək.

Rəqəmsal qurğu hətta qələmdən uzaqda da yerləşə və yazılanlar, çəkilənlər ona mobil internet əlaqəsinə bənzər kommunikasiya üsulu ilə ötürülə bilər.

Qələmin içində mürəkkəb, yaxud başqa bir material ola bilər.

“Apple” bu texnologiyanı ilk tətbiq edən şirkət deyil.

“LiveScribe” şirkətinin “Smartpen”i də eyni şeyi etməyə imkan verir. Amma bunun üçün xüsusi kağız olmalıdır. “LiveScribe”ın “ağıllı qələm”i belə işləyir:

Günün bütün mövzuları

XS
SM
MD
LG