Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:04

Qəzaya uğrayan Malayziya təyyarəsi dənizə düşüb


Foto arxiv
Foto arxiv

Ekspertlər hesab edir ki, dekabrın 25-də qəzaya düşən Malayziya təyyarəsi dənizə düşüb.

Çünkü cəsədi tapılan 7 nəfərin paltarlarına heç nə olmayıb və 1 nəfərin əynində xilasedici gödəkçə olub.

Mütəxəssislər hesab edir ki, qəzaya səbəb çox güman ki, təyyarənin sürətinin qəflətən düşməsi olub.

Məlumatlara görə, Yavan dənizinin 30-50 metrliyində böyük bir obyekt aşkar edilib.

Təyyarənin qara yeşikləri hələ ki, tapılamyıb.

Havanın fırtınalı olmasına baxmayaraq xilasedici əməliyyatlar davam etdirilir.

İndoneziyadan Sinqapura uçan təyyarə dekabrın 25-də havaya qalxdıqdan 40 dəqiqə sonra radardan itib.

Təyyarədə 162 adam olub.

XS
SM
MD
LG