Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:40

Naxçıvanda ombudsmana müraciət edənləri hansı aqibət gözləyir?


Arxiv foto
Arxiv foto

-

2014-cü ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ünvanına 117 müraciət daxil olub. Bu haqda Naxçıvan Ali Məclisində ənənəvi illik məruzəsi zamanı yerli Ombudsman Ülkər Bayramova məlumat verib.

117 MÜRACİƏTDƏN CƏMİ DÖRDÜ TƏMİN OLUNUB

Məlumata görə, bu müraciətlərin 28-i şikayət, 89-u isə ərizə formasında olub.

Bu müraciətlərdən cəmi 23-ü icraata götürülüb, onlardan da yalnız 4-ü təmin olunub. Lakin, digər müraciətlərin icraata götürülməməsinin səbəbləri və təmin olunan 4 şikayətin nədən ibarət olması haqda məlumat verilmir.

Ombudsman məruzəsi zamanı məhkumlara qarşı bir sıra humanist tədbirlərdən də söz açaraq, rəhbərlik etdiyi aparatın il ərzində qənaətbəxş işlədiyini bildirib.

Naxçıvan sakinlər isə bu açıqlamaları birmənalı qarşılamır. Onlar bildirir ki, ombudsmana şikayət edənlərin əksəriyyəti sonradan cəzalandırıldığından, bu fikrə düşənlərin sayı çox azdır. Sakinlər bildirir ki, az saylı şikayətlərin əksəriyyəti də qəbul olunmur.

OMBUDSMANA ŞİKAYƏT ETMƏK İSTƏDİ, POLİSƏ DÜŞDÜ...

Culfa rayon sakini Səadət Qasımova deyir ki, sifarişlə şərlənərək həbs olunan həyat yoldaşının hüquqlarını qorumaq üçün bu yaxınlarda Ülkər Bayramovaya müraciət etmək istəyib. Sadət Qasımova deyir ki, müraciətinin qəbul olunmaması bir tərəfə, bundan sonra əlavə problemlə üzləşib:

“ Həyat yoldaşım, AXCP fəalı Hicran Qasımov ötən ay şərlənərək həbs olunub. Üstəlik iki aya yaxındır onunla görüşə icazə ala bilmirik. Görüşə icazə vermirlər deyə bizdə şübhə var ki, ona işgəncələr verilib. Bütün bunlarla bağlı ombudsman Ülkər xanıma müraciət etmək qərarına gəldik. Yaşlı qaynanmla ora getdik. Bizi qapıda qarşılayıb dedilər ki, dərhal uzaqlaşın buradan. Dedilər ki, Ülkər xanım sizi görmək istəmir. Həmin gün polislər bizi tutub şöbəyə apardılar. 14 saat saxladıqdan sonra, bir daha şikayət etməməyimizlə bağlı xəbərdarlıq edib buraxdılar”.

“OMBUDSMAN ŞİKAYƏTİ SİFARİŞLƏ QƏBUL EDİR”

Elman Abbasov
Elman Abbasov

Naxçıvanlı hüquq müdafiəçisi Elman Abbasov ombudsmanın məruzəsini şablon xarakter daşıdığını vurğulayır:

“Açıqlama vermək başqa, reallıq isə başqadır. Naxçıvanda ombudsman hər il bu cür ei xarakerli açıqlama verir . Sadəcə, rəqəmlərdə cüzi dəyişiklik edilir. Şablon xarakterli hesabatdır, Naxçıvanda ombusman müstəqil qurum kimi deyil, hakimiyyətin icraedici bir qolu kimi fəaliyyət göstərir. Buna görə də şikayətləri sifarişlə qəbul edir. Muxtar respublika əhalisinin böyük əksəriyyəti Aparatın harada yerləşməsindən, funksiyasının nədən ibarət olmasından xəbərsizdir. Yuxarıların tapşırığı olmadan ombudsman kiminsə şikayətinin araşdırlması təşəbbüsündə və hansısa şikayətçi ilə görüşmür. Necə ola bilər ki, 117 müraciət daxil olur, bunun cəmi dördünə baxırlar?”

Naxçıvan Ombudsman aparatından yerli sakinlərin bu cür iddialarına cavab vermək istəmirlər.

XS
SM
MD
LG